Modern.az

Milli Məclisdə MÜBAHİSƏ: “Sən artıq keçdin siyasətə...”

Milli Məclisdə MÜBAHİSƏ: “Sən artıq keçdin siyasətə...”

21 Oktyabr 2016, 13:36

Milli Məclisin İqtisadi Siyasət komitəsinin bugünkü iclasında “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədovla Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı arasında maraqlı dialoq yaranıb.

Modern.az xəbər verir ki, Rüfət Aslanlı Vahid Əhmədovun banklara və Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanladığı ittihamlara cavab verərkən təmsil etdiyi qurumun dövlətin tərəfində olduğunu bildirərək Azərbaycanda baş tutmuş Konstitusiya dəyişiklərindən danışıb:

“Biz dövlətin tərəfindəyik. Dövlət isə xalqdır. Dövlət xalqın iradəsini ifadə etməlidir. Mən hesab edirəm ki, Azərbaycan iqtidarı hər zaman xalqın iradəsini ifadə edib, edir və etməkdədir. Bunu öz gündəlik fəaliyyətində nümayiş etdirir. Bir müddət öncə cənab prezidentin təşəbbüsü ilə Konstitusiyay edilmiş dəyişiklərlə bağlı keçirilən refendumda Azərbaycan xalqının göstərdiyi münasibət dövlət, dövlət orqanlarını xə xalqın yekdilliyinin sübutudur. Mən siyasətçi deyiləm. Bununla da məsələnin siyasi hissəsini bitirirərəm”.

Deputat Vahid Əhmədov isə maliyyə qurumu rəhbərinin siyasətdən danışmasına bu cür münasibət bildirib:

“Sən artıq keçdin siyasətə...”.

Belədə Rüfət Aslanlı isə Vahid Əhmədova bu cür cavab verib:

“Vahid müəllim, mən ittihamlara reaksiya verməliyəm. Biz işimizlə məşğuluq deyə bütün məsələlərə və fikirlərə çox həssas yanaşırıq”.

 

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər