Modern.az

Kişilərin getmək istəmədiyi Xınalığa 3 gənc qızı müəllim göndərdilər

Kişilərin getmək istəmədiyi Xınalığa 3 gənc qızı müəllim göndərdilər

21 Oktyabr 2016, 13:43

Qubanın Xınalıq kəndi ən ucqar bölgələrdən olduğundan  universiteti başa vuran gəncər, xüsusilə oğlanlar orada  müəllim kimi çalışmaq istəmirlər.


Xınalıq kənd orta məktəbinin direktoru Ənvər Hacıməmmədov Modern.az-a açıqlamasında kənddə işləyən müəllimlərin sayını açıqlayıb.

“Hal-hazırda Xınalıq kəndində 3 gənc müəllim çalışır. Biri Bakının Qobu qəsəbəsindən, biri Qubanın Alekseyevka kəndindən, digəri isə Oğuz rayonundan Xınalığa dərs keçməyə gəliblər.
Bakının Qobu qəsəbəsindən gələn müəllim ibtidai sinifdə dərs deyir, Qubadan olan müəllim riyaziyyat fənnini, Oğuzdan olan müəllim isə fizika fənnini tədris edir”. 

Məktəb direktorunun sözlərinə görə, hər 3 xanım işlərini çox sevir.

“Gənc müəllimlər burada hər cür şəraitlə təmin olunub. Onlar Xınalıqda minimim 3 il müddətində dərs deyəcəklər. Çalışarıq ki, 3 ildən sonra da burada qalıb müəllim kimi fəaliyyət göstərsinlər”.

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir