Modern.az

Qəddafinin tibb bacısı: “Liviyada qızıl mağazalarını qıfıllamırdılar

Qəddafinin tibb bacısı: “Liviyada qızıl mağazalarını qıfıllamırdılar”

21 Oktyabr 2016, 13:46

Oktyabrın 20-də Liviyanın lideri Müəmmar Qəddafinin öldürülməsinin 5 ili tamam olub.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, 15 il Liviyada tibb bacısı işləyən Lyubov Opanasenko Yaxın Şərqdəki həyatını və Qəddafi ailəsi ilə tanışlığından danışıb. 

 

Onun sözlərinə görə, Liviyadakı müharibəyə qədər elə sakit ölkə olub ki, qızıl mağazalarının qapısı qıfıllanmayıb.

“İndi Liviya faktiki ölkə kimi yoxdur. Bura təhlükəli ölkə olub.  Bu, gözəl ölkə idi. Orada qızıl mağazalarının qapısına qıfıl vurulumurdu.  İnsanlar təmiz idi, insanlara etibar vardı. Demək olar oğurluq yox idi. İnsanlar çox yaxşı yaşayırdılar. Qəddafi çox gözəl ölkə yaratmışdı, o, Liviyanı ikinci Dubay etmək istəyirdi.  İndisə quldurluqdur, işıqları söndürürlər. Hazırda gecələr Liviyada küçələrə çıxmaq mümkün deyil”, - Lyubov Opanasenko deyib.

 

O qeyd edib ki, xalq Müəmmar qəddafini çox sevirdi.

“Qəddafinin taleyini xalq seçmədi. Xalq öz liderini çox sevirdi. Siz başa düşürsünüz, bu ölkədə bədbəxtlik kimin köməyi ilə baş verdi”, - o əlavə edib.

 

Onun sözlərinə görə, indi Liviyaya getmək risklidir.

“15 il əvvəl dövlət qrupu yığışıb, mən də dövlət səviyyəsində ora işləməyə getmişdim. Mənim Qəddafinin ailəsi ilə əlaqəm yoxdur. Bilmirəm, onun ailəsi varmı, yaxud salamatdırmı”, - tibb bacısı bildirib.

 

2011-ci il oktyabrın 20-də Sirt şəhərinin mühasirəsindən çıxmağa cəhd edərkən Liviyanın lideri Müəmmar Qəddafini üsyançılar ələ keçirərək öldürüblər.

Onun devrilməsindən sonra Liviyada 6 ay vətəndaş müharibəsi gedib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?