Modern.az

Ermənilər cəbhədə vəziyyəti gərginləşdirmək istəyir - Müdafiə Nazirliyindən AÇIQLAMA

Ermənilər cəbhədə vəziyyəti gərginləşdirmək istəyir - Müdafiə Nazirliyindən AÇIQLAMA

21 Oktyabr 2016, 13:52

“Erməni tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib”.

Bu sözlər Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada qeyd edilib.

“Bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib. Hazırda bütün cəbhə xətti boyu əməliyyat şəraiti tam nəzarətimiz altındadır.

Düşmənin törədə biləcəyi istənilən təxribatın qarşısının alınması məqsədilə tərəfimizdən görüləcək cavab tədbirləri daha qətiyyətli və sərt olacaqdır”,-deyə açıqlamada vurğulanıb.


Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı