Modern.az

“Qızıl Məryəm”in qızı anasın öldürən şəxsin adını açıqladı

“Qızıl Məryəm”in qızı anasın öldürən şəxsin adını açıqladı

Aktual

21 Oktyabr 2016, 14:31

Bakı Ağır Cinayətlər Məhkəməsində  Məryəm Nemətzadənin (“Qızıl Məryəm”) qətlində təqdirləndirilən qızı Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Modern.az xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə G.Hüseynovanın sevgilisi olmuş Asim Məmmədov ifadə verib.

O, bildirib ki, o G.Hüseynovanın vasitəsi ilə M.Nemətzadəni tanıyıb:

"Günelin anası "Moskva" univermağında qızıl alveri ilə məşğul olurdu. Mən də ondan qızıl götürmüşəm. Bütün qızılların pulunu ödəmişəm. Onun ölümündən sonradan xəbər tutdum".

 

G.Hüseynova cinayətin törədilməsini sevgilisinin təşkil etdiyini bildirib:

“Asimlə olan münasibətimdən anamın xəbəri olub. Mənim vasitəmlə anam onunla tanış olub. O, anamdan xeyli miqdarda qızıl götürüb. Amma qızılların pulunu ödəməyib. Asim qızılların pulunu ödəməkdən yayınmaq üçün anamı qətlə yetirib".

 

A.Məmmədov G.Hüseynovanın yalan danışmaqda ittiham edib.

Növbəti proses oktyabrın 24-də keçiriləcək.



2016-cı il il yanvarın 5-də, saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib. Daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır