Modern.az

Cavid Qurbanovdan banklara İTTİHAM

Cavid Qurbanovdan banklara İTTİHAM

21 Oktyabr 2016, 14:38

“Rüfət müəllimin, bankların və bankirlərin xətrinə dəyməsin. Amma biz çalışmalıyıq ki, insanların banklardan asılılığını azaldaq və bankların insanlardan asılılığını çoxaldaq”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov bu gün Milli Məclisin İqtisadi Siyasət komitəsində “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Hökumət üzvü söyləyib ki, bu gün banklar ölkədə istədiklərini edirlər:

“Çünki bu gün banklar istədiyini deyir, istədiyini edir və idarə edir. Ona görə də insanların vəziyyəti yaxşılaşsa, devalvasiyanın getməyindən qorunarıq. İnsanların əmək haqlarını yüksəltmək lazımdır. Əhalinin maddi rifahını yüksəltməliyik ki, əmək haqqı artırılsın və insanlar layiqli yaşaya bilsinlər.

 

Vergi siyasətində çox böyük dəyişiklər edilməlidir. Vergi siyasətinin bazasını böyütmək, dəyişmək və dolğunlaşdırmalıyıq. Hər kəs vergi ödəməlidir, vergiləri sərtəşdirməklə yanaşı, bazasını yumşaltmalıyıq. Elə etməliyik ki, hər kəs vergi yüklərini ödəyə bilsin. Yəni hər bir kəs qazancına uyğun vergisini verə bilsin”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir