Modern.az

İlham Əliyev türkiyəli komandanı qəbul edib

İlham Əliyev türkiyəli komandanı qəbul edib

2 Noyabr 2009, 22:24

Prezident İlham Əliyev noyabrın 2-də Türkiyənin Quru Qoşunları Komandanı İşık Koşanerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla davam edəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Türkiyənin Quru Qoşunları Komandanı İşık Koşanerin Azərbaycana səfəri bu sahədə əməkdaşlığın perspektivləri ilə bağlı məhsuldar müzakirələr aparılması baxımından əhəmiyyətli olacaq.
Quru Qoşunları Komandanı İşık Koşaner qeyd edib ki, Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlıq dünyaya nümunə olacaq səviyyədədir. İşık Koşaner bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir