Modern.az

Minsk qrupunun türk dilini bilən fransalı həmsədri - DOSYE

Minsk qrupunun türk dilini bilən fransalı həmsədri - DOSYE

21 Oktyabr 2016, 14:57

ATƏT-in fransalı həmsədri Pyera Andryu yeni həmsədr Stefan Viskonti ilə əvəzlənib. Modern.az saytı yeni həmsədrin tərcümeyi-halına nəzərə salıb.  

 

Stefan Viskonti 1962-ci il oktyabrın 4-də Parisdə anadan olub.  Fransa Ali Administrasiya Məktəbində təhsil alaraq, xarici işlər üzrə 1-ci dərəcəli məsləhətçi olub.

 

Öz professional fəaliyyətini Fransanın Vankuver şəhərindəki (Kanada) konsulluğunda iqtisadi məsələlər üzrə attaşe vəzifəsindən başlayıb. 1987-1989-cu illərdə ABŞ-ın Booz Allen konsaltinq şirkətində maliyyə məsələləri üzrə məsləhətçi, 1989-1994-cü illərdə isə Club Med turizm şirkətində beynəlxalq inkişaf departamentinin direktoru olub.

 

1994-cü ildən başlayaraq Fransa Xarici İşlər Nazirliyində çalışır. 1998-ci ildə isə baş nazir Lionel Jospenin diplomatik məsələlər üzrə məsləhətçisi olub.

 

Stefan Viskonti 2002-ci ildə Fransanın Sankt-Peterburqdakı baş konsulu təyin olunub və 2005-ci ilə qədər bu postda qalıb.  

 

Diplomatın növbəti təyinatı Paris meriyasına olub. O 2005-2008-ci illərdə Paris meri Bertran Belanoenin beynəlxalq məsələlər üzrə məsləhətçisi kimi çalışıb. Bundan sonra Viskonti 3 il Fransanın Münhendəki (2008-20111) baş konsulu, 2012-ci ildə BMT Baş Məclisinin 67-ci assambleyanda isə Fransa nümayəndə heyətinin katibi olub.

 

Prezident Fransua Ollandın sərəncamı ilə 2013-cü il yanvarın 14-dən Stefan Viskonti Fransanın Latviyadakı səfiri təyin olunub.

Viskonti bu ilin avqustuna qədər Latviyada səfir olub.

 

Stefan Viskonti doğma fransız dili ilə yanaşı, ingilis, alman, isveç, rus, gürcü və türk dillərində də danışa bilir.

 

Vüqar İSMAYILOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir