Modern.az

Mosula hücum dayandırıldı, İŞİD əks hücuma keçdi

Mosula hücum dayandırıldı, İŞİD əks hücuma keçdi

21 Oktyabr 2016, 15:25

İŞİD qruplaşması Iraq ordusu, kürd peşmərgələri və beynəlxalq koalisiyanın oktyabrın 17-dən Mosula davam edən hücumlarının qarşısını alıblar.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma üzvləri bəzi isitqamətlərdə əks-hücum əməliyyatları da həyata keçirib.

 

İlk günlərdə Mosulun ətrafındakı 10 kənddə nəzarəti ələ alan peşmərgələr koalisuiyanın hava dəstəyinin olmaması səbəbilə hücum əməliyyatlarını davam etdirə bilməyib və itki verərək geri çəkilib.

 

İŞİD Kərkükdə eletrik stansiyası inşa edən 16 nəfəri, o cümlədən 4 iranlını qətlə yetirib. Digər tərəfdən isə, İraqın strateji obyektlərinə hücumları davam etdirəcəyini elan edib. Bundan başqa, 1 amerikalı hərbçi də Mosul yaxınlığında baş verən mina partlayışının qurbanı olub.

 

Ümumilikdə, İŞİD-in Mosul hücumlarının qarşısını uğurla aldığı bildirilir.

 

Vüqar İSMAYILOV

   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi