Modern.az

"Qarabağ" UEFA-nın yeni reytinqində 5 pillə irəliləyib

"Qarabağ" UEFA-nın yeni reytinqində 5 pillə irəliləyib

21 Oktyabr 2016, 15:34

UEFA-nın yeni klub reytinq siyahısı açıqlanıb.

 

Modern.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.

 

Siyahıda Azərbaycanın 7 klubunun adı yer alıb. Ən yaxşı göstəriciyə sahib olan “Qarabağ”dır. Bakıda PAOK-u məğlub edən Ağdam təmsilçisi 5 pillə irəliləyərək 15,980 xalla 110-ci yerə yüksəlib.

 

“Neftçi”  3 pillə geriləyərək 9,700 xalla 159-cu pillədədir.

 

Səfərdə “Sent Etyen”ə məğlub olan “Qəbələ” 2 pillə geriləyib. Hesabındakı 7,700 xal olan "Qəbələ" 181-ci yərə enib.

 

Bakı “İnter”i  isə 5,950 xalla 220-ci yerdədir.

 

“Xəzər Lənkəran” 4.450 xalla 280-ci yerdədir.

 

“Kəpəz” 3,950 xalla 301-ci yerdədir.

 

Paytaxt klubu “Bakı” 3,700 xalla 309-cudur.

 

453 klubun yer aldığı siyahıya 150,343 xalla Madrid “Rea”lı başçılıq edir. “Bavariya” 139,213 xalla 2-ci, “Barselona” 136,343 xalla 3-cü pillədədir.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir