Modern.az

Azərbaycanda işləyib həm də pensiya alanlar - Ən yeni STATİSTİKA

Azərbaycanda işləyib həm də pensiya alanlar - Ən yeni STATİSTİKA

21 Oktyabr 2016, 16:02

Hazırda Azərbaycandakı pensiyaçıların sayı cəmi 1 299 946 nəfərdir. Onlardan işləyən pensiyaçıların sayı 137 220 nəfər, işləməyən pensiyaçıların sayı isə 1162726 nəfərdir.

Bu haqda Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd edilib ki, yaşa görə təqaüd alanların sayı 781 238 nəfərdir. Onlardan 107 232 nəfəri işləyir, 674 006 nəfəri isə işləmir.

Əlilliyə görə təqaüd alanlar cəmi 374466 nəfər təşkil edir ki, onlardan da 29384 nəfəri işləyir, 345082 nəfəri isə işləmir.

 

Ailə başçısını itirməyə görə təqaüd alan 144242 nəfərdən 604-ü çalışır,143638 nəfəri isə heç yerdə çalışmır.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi