Modern.az

İşdən çıxarılan çilingər Yerevanda hökumət binası qarşısında ağzını tikdi

İşdən çıxarılan çilingər Yerevanda hökumət binası qarşısında ağzını tikdi

Aktual

21 Oktyabr 2016, 16:05

Vardenis şəhərinin sakini Armen Eranosyan etiraz əlaməti olaraq Ermənistan hökumətinin binası qarşısında ağzını tikib.

 

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, buna qədər Yerevandakı Respublika meydanında aclıq aksiyası keçirib.

O. jurnalistlərlə söhbətində Sotkedəki qızıl mədənində çilingər işlədiyini, 5 ay əvvəl işdən çıxarılması səbəbindən ağır maliyyə vəziyyəti ilə üzləşdiyini deyib.

“Məni atamın ad günündə işdən çıxarıblar. İş gününün sonunda onu təbrik etmək üçün 2 qədəh araq içmişdim. Biz işdən çıxanda rəhbərlik gəlib dedi ki, məndən alkoqol iyi gəlir və dərhal işdən çıxarıldım. Bu, çox sərt tədbir dir, xəbərdarlıq edərdilər, yaxud mükafatımı kəsə bilərdilər”.

Onun sözlərinə görə, ailəsinin maliyyə durumu ağırdır, əmək haqqı kreditlərini ğdəməsinə zorla çatırdı.

 

“Kredit borcumun məbləğini bir qədər azaltmışdım, işdən çıxarılandan sonra isə ödəmək imkanım yoxdur, indi onun həcmi yenidən artıb. Bu vəhşilikdir. Mən 80 yaşlı anamla ağır vəziyyətdə yaşayıram. Mənə yardım edilməsini yox, sadəcə yaşamaq üçün iş istəyirəm.

 40 yaşlı kişiyəm, hətta ailə də qura bilməmişəm”, - Armen deyib.

Eranosyanın aksiyasına məmurlardan heç kim reaksiya verməyib. O, baş nazir Karen Karapetyanla görüşəcəyinə ümid edir.

 

“Ağzımın tikişini mənim məsələm həll olunana, işə çağırılana qədər açmayacağam. Artıq 4 gündür evə getmirəm, meydanda aclıq keçirirəm, ancaq heç bir reaksiya yoxdur. Vətəndaşın hansı aqibətlə üzləşməsi hek kəsin vecinə deyil”, - Armen vurğulayıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!