Modern.az

Bakıda ikimərtəbəli ev yandı

Bakıda ikimərtəbəli ev yandı

21 Oktyabr 2016, 17:46

Bakıda  yanğın faktı qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə,bu gün Bakı şəhərinin Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400m2 olan kürsülü, ikimərtəbəli, 8 otaqlı  evdə yanğın baş verib.

 

 

Yanğın nəticəsində 8 otaqlı evin 200 m2 taxta konstruksiyalardan ibarət mansarı və 2-ci mərtəbəsində ümumi sahəsi 30 m2 olan 1 otaq əşyaları  birlikdə yanaraq kül olub.

 

 

Dərhal FHN-nin əməkdaşları hadisə yerinə cəlb edilib.Yanğınsöndürənlərin əməyi nəticəsində yaxınlıqda yerləşən digər tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 15:50-də söndürülüb.

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir