Modern.az

ABŞ və Türkiyə İŞİD-lə bağlı önəmli razılıq əldə etdi

ABŞ və Türkiyə İŞİD-lə bağlı önəmli razılıq əldə etdi

Aktual

21 Oktyabr 2016, 18:40

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Pentaqon rəhbəri Eşton Karter İŞİD-lə birgə mübarizə ilə bağlı razılıq əldə edib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki ölkə “Fərat Qalxanı” əməliyyatının genişləndirmək barədə razılıq əldə edib.

 

“Amerika Suriyanın  Dəbiqa şəhərinin azad olunmasında türk ordusunun dəstəyinə görə Ərdoğana təşəkkür edib. Tərəflər “Fərax Qalxanı” əməliyyatının genişləndirilməsi barədə razılıq əldə edib”.

 

Xatırladaq ki, Ankarada səfərdə olan Eşton Karet Türkiyə baş naziri və Baş Qərargah rəisi ilə də görüşlər keçirəcək.

 

Vüqar İSMAYILOV

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır