Modern.az

29 və 53 nömrəli marşrutların istiqaməti dəyişdirilir

29 və 53 nömrəli marşrutların istiqaməti dəyişdirilir

Aktual

21 Oktyabr 2016, 18:51

Bakıda bir neçə müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib. Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

BNA tərəfindən həyata keçirilən optimallaşdırma tədbirləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 29 və 53 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, bundan sonra 29 saylı marşrut üzrə hərəkər edən avtobuslar metronun Memar Əcəmi stansiyası və "3-cü mikrorayon" dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək.

 

53 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Dövlət Bayrağı Meydanından metronun "Elmlər Akademisyası" stansiyasınadək hərəkət edəcək. Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi, Şərifzadə küçəsindən keçməklə Alatava yaşayış sahəsinə gediş-gəlişi Bakı Nəqliyyat Agentliyi tərəfindən qadağan edilib.

 

BNA-dan qeyd edilib ki, davam etməkdə olan optimallaşdırma prosesində beynəlxalq təcrübəyə əsaslanaraq müntəzəm sərnişindaşıma sahəsində xidmət səviyyəsini artıran, nağdsız ödəniş sisteminə qoşulan daşıyıcılara xüsusi önəm veriləcək. Daşıyıcıların nağdsız ödəniş sisteminə qoşulması işləri isə davam edir. Bakı Nəqliyyat Agentliyinin müvafiq tələbinə uyğun olaraq yaxın vaxtlarda 88 saylı marşrut xətti üzrə də gediş haqqının ödənilməsi “Bakı Kart” vasitəsi ilə həyata keçiriləcək. Hazırda marşrut xəttinin müvəqqəti istismara verildiyi daşıyıcı şirkət nağdsız ödəniş sisteminə keçidlə əlaqədar zəruri texniki işləri yekunlaşdırmaq üzrədir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır