Modern.az

Venesuela prezidenti Bakıya gəlib

Venesuela prezidenti Bakıya gəlib

21 Oktyabr 2016, 20:10

Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro oktyabrın 21-də Azərbaycana rəsmi səfərə gəlib. Modern.az saytı xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Venesuela prezidenti Nikolas Maduronu hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı