Modern.az

Bakıda özünü qüllədən atmaq istəyənin kimliyi bilinib

Bakıda özünü qüllədən atmaq istəyənin kimliyi bilinib

Aktual

21 Oktyabr 2016, 21:00

Bakıda qüllədən özünü atmaq istəyənin şəxsiyyəti məlum olub. Modern.az saytı xəbər verir ki, Musavat.com-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu, 1975-ci il təvəllüdlü Səfərov Namiq İzzəli oğludur.

 

Namiq Səfərov bu gün Bakının Səbail rayonunda intihara cəhd edib. O, Bakı Dənizkənarı Milli Parkı ərazisindəki saat qülləsinə çıxıb və özünü oradan atacağı ilə hədələyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Aparılan psixoloji söhbətdən sonra Namiq Səfərov xilas edilib. O, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

 

Məlum olub ki, 41 yaşlı Namiq Səfərov bir müddət əvvəl Azərbaycana dərman preparatlarını qanunsuz yolla keçirmək istəyərkən saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb, Namiq Səfərovun ölkədən çıxışına qadağa qoyulub. O, intihara cəhd etməklə buna etirazını bildirib və xaricə səfər etməsinə imlan verilməsini tələb edib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür