Modern.az

Aİ-nin xüsusi nümayəndəsi Qarabağ məsələsini müzakirə edib

Aİ-nin xüsusi nümayəndəsi Qarabağ məsələsini müzakirə edib

Aktual

21 Oktyabr 2016, 22:06

İrəvanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsi Gerbert Zalber Ermənistan prezidenti Serj Sarqsyan ilə görüşüb. Modern.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, bu barədə Serj Sarqsyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Gerbert Zalber Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində son tendensiyalar ətrafında fikir mübadiləsi aparıblar. Bundan başqa görüşdə regional məsələlər  də müzakirə edilib.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı