Modern.az

“Polat Alemdar” istintaqa cəlb olunub

“Polat Alemdar” istintaqa cəlb olunub

Dünya

21 Oktyabr 2016, 22:20

Türkiyədə "Kurtlar Vadisi" serialı ilə məşhurlaşan Necati Şaşmaz İstanbul Ədliyyə Sarayında ifadə verib. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, Polat Alemdar rolunun ifaçısı serialı ərsəyə gətirən "Pana Film"in "Kurtlar Vadisi Darbe" markasının patent hüququnu əldə etmək üçün etdiyi müraciət nəticəsində aparılan araşdırma çərivəsində istintaqa cəlb olunub.

 

Araşdırmanın başlanmasına səbəb iyulun 15-də Türkiyədə Fətullahcı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişinə cəhdindən iki ay əvvəl sözügedən marka üçün müraciətin olunmasıdır.

 

Qeyd edək ki, Türkiyə Patent İnstitutu marka üçün müraciətin dövlət çevrilişinə cəhddən əvvəl olduğunu nəzərə alaraq mövzu ilə bağlı şübhələndiyini bildirib və prokurorluğa müraciət edib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir