Modern.az

Hakim olmaq istəyən 176 namizəd növbəti mərhələdə

Hakim olmaq istəyən 176 namizəd növbəti mərhələdə

21 Oktyabr 2016, 23:14

Hakim vəzifəsinə namizədlərin seçimi üzrə müsabiqə davam edir. Modern.az saytının məlumatına görə, test imtahanında müvəffəqiyyət qazanmış 359 nəfər hakimliyə namizəd imtahan verib. Bu dəfə namizədlər bərabər şəraitdə, vahid zalda keçirilən yazılı imtahanda cinayət və mülki sahələr üzrə iki kazus xarakterli sualı dörd saat ərzində cavablandırıb.

 

Hakimliyə namizədlərin cavab vərəqələri anonim qaydada yoxlanılması üçün kodlaşdırılaraq ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş müstəqil hüquqşünas-alim tərəfindən ayrı-ayrılıqda yoxlanılıb.

 

İmtahanın nəticəsinə görə, hər bir sahə üzrə 60 və daha çox bal toplamış 176 namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb.

 

Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının internet səhifəsində (//www.jlc.gov.az/view_index.php?id=590) yerləşdirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir