Modern.az

AzTV-nin rejissoru faciəli şəkildə dünyasını dəyişib

AzTV-nin rejissoru faciəli şəkildə dünyasını dəyişib

22 Oktyabr 2016, 00:42

AzTV-nin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, musavat.com-un məlumatına görə, onu maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.

 

Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!