Modern.az

Saxta diplomu olanları işə götürənlər necə cəzalandırıla bilər?

Saxta diplomu olanları işə götürənlər necə cəzalandırıla bilər?

Təhsil

22 Oktyabr 2016, 09:38

Hər bir saxta diplomun arxasında cinayət əməli, dövlətdən mənimsənilmiş xeyli miqdarda vəsait və digər məsələlər dayanır. Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Bir zamanlar bu diplomlar ilə müəyyən vəzifələrdə çalışanların sayı heç də az deyildi.

 

Bəs saxta diplomu olan və həmin şəxsləri işə götürənlərlə bağlı hansısa cinayət işi açıla bilərmi?

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə  Modern.az-a açıqlamasında deyib ki, vəzifəli şəxs bilərəkdən saxta diplomu olanı işə götürərsə, məsuliyyətə cəlb oluna  bilər.

“Hazırda diplomun saxta olub-olmaması haqqında TQDK-da baza var. Bu baza yaradılana qədər isə nə qədər saxta diplomu olan şəxslər işlə təmin olunmuşdular. Daha sonra isə həmin şəxlər tutduqları vəzifələrdən azad olundular”.

Deputat saxta diplomun əldə olunmasının, saxtalaşdırılmasın və istifadə olunmasının  cinayət olduğunu da qeyd edib.

“Həm bu diplomu verən həm də onu əldə edən məsuliyyət daşıyır. Amma işə götürənlər isə bu diplomların saxta olmamağını bilməyə bilərlər”.

 

Çingiz Qənizadənin sözlərinə görə əvvəllər müəyyən boşluqlar yaranmışdı.

 

“Rusiyadan, Avropa ölkələrindən gedib diplom alıb gətirirdilər. Hansısa rayon səviyyəli müdirin  həmin diplomu yoxlamaq imkanı yox idi. Çünki möhürü görüb hesab edirdi ki, həmin diplom saxta deyil. Bu kimi halların qarşısının alınmasına görə, vahid baza sisteminə keçirildi. Bu kimi hadisələr olan zaman bazaya sorğu göndərilir. Sorğuda cavab gələrsə ki, bu adam filan universiteti bitirib, onun işlə təmin olunmasında heç bir problem yaşanmır”.

O, həmçinin hazırda da saxta möhürlərdən istifadə edib, torpaq satanlar, arxiv sənədi düzəldənlərin olduğunu da deyib.

 

Parlamentin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib ki, əvvəllər bir sıra özəl universitetlər, xaricdə təhsil adı ilə olan filiallar insanlara saxta diplomlar verirdilər.

 

“Amma sonralar Təhsil Nazirliyinin məsələyə ciddi yanaşması nəticəsində bu kimi hallar araşdırıldı. Həmin materiallar Baş Prokrorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildi. Daha sonra isə bu diplomları verənlər cinayət məsuliyyətinə cəlb olundular.

 

Deputat bildirib ki, belə hallar qanunvericiliklə nizamlanır.

 

“Cinayət Məcəlləsində bir sıra maddələr var ki, onlar həmin maddələr ilə cinayət məsuliyyətinə cəlb olunurlar.  Həmin şəxslərə 178.3.2 dələduzluq, 308.1 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 320.1 rəsmi sənədlər, diplomlar, möhürlərin saxtalaşdırılması halları olarsa bu maddələr ilə cinayət işi başladıla bilər”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?