Modern.az

Bu il işsizliyə görə dövlətdən pul alanların sayı - STATİSTİKA

Bu il işsizliyə görə dövlətdən pul alanların sayı - STATİSTİKA

22 Oktyabr 2016, 11:06

 

2016-cı ildə Azərbaycanda sosial müavinət təyin olunmuş ailələrin sayı 105 009-dur.

 

Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  ünvanlı sosial yardım alan ailə üzvlərinin sayı 451 538 nəfərdir.

 

Həmin şəxslərdən 215 001 nəfəri qadınlar, 226 434 nəfəri uşaqlardır.

Bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 35, 49 manatdır.

Qeyd edək ki, bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 2007-ci ildə 8, 36 manat, 2008-ci ildə 17, 38 manat, 2009-cu ildə 22, 00 manat, 2010-cu ildə 24, 97 manat, 2011-ci ildə 24, 12 manat, 2012-ci ildə 23,66 manat, 2013-cü ildə 25, 81 manat, 2014-cü ildə 28, 75 manat, 2015-ci ildə33, 32 manat təşkil edib.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi