Modern.az

“İlham Əliyev masada olan təkliflər üzərində işləməyə hazırdır”

“İlham Əliyev masada olan təkliflər üzərində işləməyə hazırdır”

22 Oktyabr 2016, 11:53

“ABŞ, Rusiya, Fransa münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün birgə işləyir. Bu yaxınlarda hamımız Moskvada idik və bu məsələni Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirə etdik. Biz münaqişənin tənzimlənməsi üzrə ümumi səylərə sadiq qalırıq".

 

Modern.az xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri Qarabağ probleminin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır.

 

"Ancaq tərəflərin münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə işə sadiq qalmaları da vacibdir. Mən bilirəm ki,  Azərbaycan Prezidenti İlham Əliyev danışıqlar və artıq masada olan təkliflər üzərində işləməyə hazırdır. Həmçinin  Ermənistan rəhbəri ilə gələcək müzakirələrə hazırdır”.

Amerikalı diplomat bildirib ki, Vyana və Sankt-Peterbuqda üzərimizə götürülən öhdəliklərə əməl etmək istəyirlər.

 

“Biz bütün bunları prezidentlərin növbəti görüşündə müzakirə edəcəyik".

Qeyd edək ki, Con Kerri bəyan etmişdi ki, Azərbaycan və Ermənistan liderləri münaqişənin həllinə hazır deyillər.

 

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi