Modern.az

Uorlikdən Ermənistana MESAJ: "İşğaldakı ərazilər Azərbaycana qaytarılmadan...”

Uorlikdən Ermənistana MESAJ: "İşğaldakı ərazilər Azərbaycana qaytarılmadan...”

22 Oktyabr 2016, 12:13

İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan və ya Dağlıq Qarabağın statusu üzrə danışıqlar keçirilmədən heç bir saziş olmayacaq.

 

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, status-kvo davamlı deyil: "Biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün bundan sonra da səmərəli işləməliyik.

 

C.Uorlik qeyd edib ki, hazırda danışıqlar masasında nizamlanmanın bir çox elementi var. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə hələ məlumat yoxdur.

 

Həmsədr ümid etdiyini bildirib ki, hər iki ölkənin XİN rəhbərləri Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında görüşə biləcəklər:

 

“Regionda sülh üçün vaxt artıq çatıb. Hər iki ölkənin uşaqları dinc yaşamalıdır və buna danışıqlar yolu ilə nail olmaq lazımdır”.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir