Modern.az

İstirahət günü yağış yağacaq

İstirahət günü yağış yağacaq

22 Oktyabr 2016, 12:54

Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-10° isti, gündüz 11-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacağı gözlənilir.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir