Modern.az

Qarabağ 50 ildən SONRA: Cənnət olacaq” - MARAQLI

Qarabağ 50 ildən SONRA: “Cənnət olacaq” - MARAQLI

22 Oktyabr 2016, 13:13

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində aparılan danışıqlar prosesi hələ ki, istənilən nəticəni vermir.

 

Bir qədər mistik səslənsə də, bugünkü Qarabağı 50 ildən sonra xarakterizə etmək maraqlıdır. 

 

Modern.az saytı deputatların dili ilə Qarabağı 50 ildən sonra təsəvvür etməyə çalışıb.

 

Milli Məclisin deputatı, Fəzail İbrahimli sualın mürəkkəb olduğuna diqqət çəkərək  50 ildən sonra yaşamayacağını deyib.

 

“Amma, mövzuya münasibət bildirəcəyəm. Əvvəla, 50 ildən sonra Qarabağda erməni yaşamayacaq. Yeni nəsil Qarabağı dünyanın ən cənnət guşəsinə çevirəcək. Qarabağ ,Azərbaycan büdcəsinə kifayət qədər fayda verəcək. Qarabağ problemi əbədi və əzəli formada həll olunmuş olacaq.

 

Qarabağ, dövlətimizin, millətimizin müstəqilliyimizin imicidir. Buna hansısa formada laqeyd münasibət qeyri-mümkündür. Ərazi bütövlüyü həm də bir millətin göstəricisidir. Azərbaycan ömrü boyu Qarabağı itirmiş məğlub xalq kimi yaşaya bilməz. Sadəcə olaraq, bugünkü dünyada gedən proseslər hüququn qibtə etdiyi bir dövrə təsadüf edir. Amerika, Rusiya  kimi  dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ probleminin həll olunmasını yubadır. Təbii ki, 50 ildən sonra bu məsələlər qaydasına düşəcək. Eyni zamanda, Qarabağ məsələsi bir ildən, 5 ildən, ya da, bir həftədən sonra həll oluna bilər. Kimsə öncədən nəsə deyə bilməz. Məsələn, aprel hadisələrini götürək. Kimsənin ağlına gəlməzdi ki, Ermənistan-Azərbaycan ordusu üz-üzə gələcək və Azərbaycan qalib kimi ayrılacaq. Aprel hadisələri Ermənistanı bir az da geri atdı. Ermənilər Dağlıq Qarabağdan köç etməyə başladı. Eyni zamanda, siyasətdə strategiya var. Prosesləri zaman diktə edir. Ona görə də 50 ildən sonra Qarabağın  nüfuzu dünyada çox yüksək olacaq”

 

Deputat Nizami Cəfərov da 50 ildən sonra Qarabağı görə bilməməsinin səbəbini o qədər yaşamağa imkanının olmaması ilə əlaqələndirib.

 

“Amma, ümumilikdə mövzu maraqlıdır. Çünki yaxın illərdə Qarabağın taleyini görməyimdən əminəm. Bu əminliyi məndə yaradan dövlət başçısı İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün siyasi sahədə və ordu quruculuğu sahəsində gördüyü işlərdir. Beynəlxalq qurum və təşkilatlarda apardığı işlər, ən əsası, isə ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi və siyasi nüfuzunun artması sahəsində gördüyü işlər məndə əminlik yaradıb. Bütün bunların hamısı bu ilin aprel ayında öz bəhrəsini verdi. İlk dəfə olaraq müharibənin gedişində Azərbaycan öz torpaqlarının bir hissəsini əldə etdi. Bu məsələnin ərazi tərəfidir. Məsələnin hərbi tərəfi də var.

İndiyə qədər ermənilər özlərində belə bir mif yaratmışdılar ki, erməni ordusu qalibdir və elə bir səngər qurub-yaradıblar ki, o səngərləri almaq mümkün deyil. Ermənistan guya istəsə, Azərbaycanın Kür çayına qədər olan ərazilərini də ala bilərmiş. Amma, aprel döyüşləri zamanı erməni ordusu ilə bağlı yaranan mif, Azərbaycan ordusunun heç yüzdə biri də deyil. Bunu sübut etdik. O mif dağıldı. Ona görə də 50 ildən sonra Qarabağ ermənilərdən tam təmizlənmiş olacaq”

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir