Modern.az

Rusiyameylli namizəd prezident seçkilərinə buraxılmadı

Rusiyameylli namizəd prezident seçkilərinə buraxılmadı

22 Oktyabr 2016, 14:12

Moldova prezidentliyinə Rusiya meylli “Hüquq bərabərliyi” partiyasının namizədi İnna Popenko seçkiqabağı mübarizədən kənarlaşdırılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu qərarı Kişinyov apelyasiya palatası qəbul edib.

 

Popenko seçiciləri ələ almaqda və bəyannamədə göstərilməyən maliyyə vəsaitindən istifadədə günahlandırılıb.

 

Ölkənin Mərkəzi Seçki Komissiyası iddiasını əsaslandırarkən qeyd edilib ki, o, seçki kampaniyası zamanı seçicilərə xüsusi bank kartları paylayıb. Bu kartla aztəminatlı əhalinin sosial mağazalardan alver etmək imkanı olub.

 

Bundan əlavə, namizəd təbliğat kampaniyasında MSK-ya təqdim etdiyi bəyannamədə göstərilməyən maliyyə vəsaitindən və ictimai təşkilatlardan birininxidmətindən qanunsuz istifadədə qınanıb.

Popenko ittihamları qondarma hesab edib.

 

“Hüquq bərabərliyi” partiyasına Moldovanın Orqeev şəhərinin meri biznesmen İlan Şor rəhbərlik edir. O, korrupsiyada şübhəli bilindiyindən ev dustaqlığındadır.

Moldovada dövlət başçısı seçkisi oktyabrın 30-da keçiriləcək.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı