Modern.az

İŞİD Kərkükdə məğlub oldu

İŞİD Kərkükdə məğlub oldu

22 Oktyabr 2016, 14:30

Kərkükdə “İslam dövləti” (İŞİD) terror təşkilatı ilə İraq təhlükəsizlik qüvvələri arasında baş verən döyüşdə terrorçular məğlub olub. İraqın təhlükəsizlik qüvvələri şəhəri nəzarət altına alıb.

 

Modern.az saytının xarici KİV-ə istinadla xəbərinə görə, bu barədə İraq hərbi mənbələri məlumat verib.

 

Məlumata görə, cümə günü İŞİD-in terroru nəticəsində Kərkükdə 18 nəfər ölüb, 40-dan çox insan isə yaralanıb.

Qeyd edək ki, İraq ordusu ötən gün Kərkükə hücum edən İŞİD-i blokadaya almışdı.

 

Aqşin KƏRİMOV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər