Modern.az

Deputatdan İRAD: “Onlar arzuolunmazlıq çərçivəsindən kənara çıxmayıblar?!”

Deputatdan İRAD: “Onlar arzuolunmazlıq çərçivəsindən kənara çıxmayıblar?!”

22 Oktyabr 2016, 15:34

Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına baxmayaraq,  əcnəbi sənətçilərin, iş adamlarının mütəmadi olaraq, bura icazəsiz səfərləri təşkil edilir.

 

Ermənistanın təxribatı nəticəsində səfərin əsas məqsədi bir  kənarda qalır, siyasi məqsədlər diqqət çəkir.

 

Azərbaycanın sərhədlər haqqında qanunverilciyi pozulmuş olur. Qarabağa  icazəsiz səfər edənlər,  Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən “mükafatlandırılaraq”, adları  “qara siyahı”ya salınır.

 

Təəssüfedici məqam odur ki, adı “qara siyahı”ya salınanların bəziləri öz xahişləri və üzrləri sayəsində bu siyahıdan çıxarılır..

 

Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a açıqlamasında  deyib ki, bu məsələlər qanunvericilik formasında həyata keçirilməlidir.

 

Siyasi bəyanatlar səfərin mərkəzini “bəzəyir”

 

 

“Qara siyahı”nın tərtib olunması, ölkəmiz üçün arzuolunmaz şəxslərə vizanın verilməməsi, onların ölkəyə buraxılmaması problemi qanunvericilik qaydasında tənzimlənməlidir. Bundan ötrü dəfələrlə işğal olunmuş ərazilər haqqında qanun qəbul olunması məsələsi irəliyə sürülüb”,-deyə Zahid Oruc bildirib.

 

Deputat qeyd edib ki, 2002-ci ildən başlayaraq, bu istiqamətdə məsələlər qaldırılıb.

 

“Hətta, həmkarımız, deputat  Qüdrət Həsənquliyev tərəfindən xüsusi bir layihə də parlamentin aparatına təqdim olunub. Məsələ ondan ibarətdir ki, təkcə, sənət adamlarının, mədəniyyət xadimlərinin deyil, ayrı-ayrı ölkə parlamentarilərinin, dövlət təmsilçilərinin, yaxud da, iş adamlarının Azərbaycanın iradəsindən kənarda  suveren hüquqlarımıza zidd olaraq, Qarabağa səfərləri şahidi oluruq. Bu zaman müxtəlif siyasi bəyanatlar, yaxud da, Xarici İşlər Nazirliyinin reaksiyalarını görürük. Söyləyirik ki, həmin şəxslər  bundan sonrakı dövrdə Azərbaycan üçün arzuolunmaz simalara çevrilirlər. Lakin, zaman keçdikcə bu məsələ bir qurumun səlahiyyətində olan problem kimi qalır. Qarabağda iş aparan kompaniyalar, Gürcüstan, yaxud da, digər region ölkələri vasitəsilə Azərbaycanla hansısa işlərin qurulmasında iştirak edirlər. Biz belə müştərək layihələri yaxına buraxmalıyıqmı?! Onlar bizim üçün arzuolunmazlıq çərçivəsindən kənara çıxmayıblarmı?!”

 

Adı “qara siyahı”dan çıxarılan Soso Pavliaşvili

 

 

Deputat, Moskvada yaşayan tanınmış gürcü müğənni Soso Pavliaşvilinin sQarabağdakı səfərini xüsusi qabardıb.

 

“Son günlər Soso Pavliaşvili adlı Rusiya və Gürcüstan müğənnisinin Bakıda konsert məsələsi cəmiyyətdə və ictimai dairələrdə geniş müzakirələrə səbəb olub. Bu ad Azərbaycana o baxımdan tanışdır ki, Qarabağda konsert verib. Ermənistana dəfələrlə səfər edən bir simadır. Bu formada özünün açıq mövqeyini ortaya qoyub. Sənət və mədəniyyət çərçivəsindən xeyli kənara çıxıb. Belə olan təqdirdə bu şəxsin adı “qara siyahı”dan çıxarılıb. Əlbəttə ki, bunun necə baş verdiyini dəyərləndirmirik. Cəmiyyəti qayğılandıran odur ki, belə simalar, Qarabağdan didərgin düşən məcburi köçkünlərin, şəhid ailələrinin hisslərinə necə təsir göstərəcək?!  Bizim üçün toxunulmaz olan prinsiplər var. O dəyərləri biz necə tapdalaya bilərik?! Bu simalar asanlıqla Azərbaycan həyatına necə qoşula bilər?!”

 

Mütləq qanun qəbul edilməlidir.

 

Zahid Oruc, belə halın baş verməsinin qarşısını almaq üçün qanun qəbul edilməsini istəyir:

 

“Azərbaycanda işğal olunmuş ərazilərlə bağlı Gürcüstanda olduğu kimi qanun qəbul olunmalıdır. Bəyan edirik ki, hər hansı bir ölkə Qarabağı tanıyacağı təqdirdə o dövlətlə münasibətlərimizi kəsəcəyik. Ora ilə qurulan iqtisadi-siyasi  əlaqələrə qarşı çıxacağıq. Bütün bunları hüquqi şəkildə tənzimləyəcəyimiz təqdirdə qeyd etdiyimiz məsələlər olmayacaq. “Qara siyahı”lar sonradan dostlar siyahısına asanlıqla çevriləcəksə, bu, yaxşı qəbul olunmayacaq”.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər