Modern.az

Ermənistanda hakim partiyanın deputatı Sarkisyan iqtidarını ifşa etdi

Ermənistanda hakim partiyanın deputatı Sarkisyan iqtidarını ifşa etdi

22 Oktyabr 2016, 15:50

Ermənistanda iqtisadi vəziyyət  o qədər pisdir ki, onu daha heç cür pisləşdirmək mümkün deyil.

 

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bunu hakim Respublika Partiyasının deputatı, “MAP” müəssisəsinin sahibi Alik Petrosyan deyib.

 

“Hər şey etmək lazımdır ki, yaxşı olsun. Belə davam edə bilməz, addımlar atılmalıdır. Bir sözlə, iqtisadi vəziyyət o qədər pisləşib ki, onu bundan pis etmək olmaz. Mən Karen Karapetyanla (indiki baş nazir) tanışam, o, artıq vədlər vermir”, - Alik vurğulayıb.

 

Ermənistanın iqtisadiyyatını bu vəziyyətə hakim Respublika Partiyasının gətirib çıxarması barədə iradlara cavabında deputat deyib: “Bu Nazirlər Kabinetindən bütün problemlərin həllini tələb etmək səhv olardı. Bizim ölkədəki iqtisadi vəziyyət elədir ki, bütün problemlərin həllinə imkan vermir, ancaq mən inanıram ki, yavaş-yavaş müsbət addımların şahidi olacağıq”.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir