Modern.az

Kərkükdə nə baş verir? - Ziddiyyətli MƏLUMATLAR

Kərkükdə nə baş verir? - Ziddiyyətli MƏLUMATLAR

Aktual

22 Oktyabr 2016, 17:14

Ötən gündən etibarən “İslam dövləti” terror təşkilatının (İŞİD) İraqın Kərkük şəhərinə hücumları başlayıb.

 

İraq ordusu isə Kərkükü blokadaya alsa da, hələ ki, şəhərdə toqquşmaların davam etdiyi bildirilir.

 

Modern.az xəbər verir ki, bəzi xarici KİV-lər Kərkükdə İraq təhlükəsizlik qüvvələrinin nəzarəti ələ almasını yazıb. İngilisdilli “Daily Sabah” nəşri İraq ordusundakı mənbəyə istinadla bildirib ki, artıq Kərkükə nəzarət bərpa edilib.

 

TASS agentliyi isə Rusiyanın Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib ki, İŞİD-in Kərkükə hücumları davam edir.

 

Mənbənin sözlərinə görə, İŞİD-in Kərkükdə 7 məhəllə və həbsxana binasını ələ keçirdiyi bildirilir.

 

Aqşin KƏRİMOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır