Modern.az

Erməni əsilli hərbçi Gürcüstanda yol qəzasında öldü

Erməni əsilli hərbçi Gürcüstanda yol qəzasında öldü

Dünya

22 Oktyabr 2016, 20:03

Oktyabrın 21-də Gürcüstanda hərbçiləri daşıyan maşının iştirakı ilə yol qəzası baş verib. Modern.az xarici mediaya istinadən bildirir ki, qəza zamanı erməni əsilli hərbçi ölüb.

Dedoplistsxaro-Tbilisi yolunda qeydə alınan hadisə zamanı 4 hərbçi də yaralanıb.

Qəzada ölənin Cavaxetiyanın Ninotsminda şəhər sakini, 20 yaşlı Akop Malxasyan olduğu bildirilib. O, yaxın zamanda ordudan tərxis olunmalı idi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar