Modern.az

Sabah Xorvatiya prezidenti Bakıya gəlir

Sabah Xorvatiya prezidenti Bakıya gəlir

22 Oktyabr 2016, 21:09

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşəcək. Modern.az saytı xəbər verir ki, Xorvatiya mətbuatının məlumatına görə, görüş xanım dövlət başçısının oktyabrın 23-dən ölkəmizə başlanacaq üç günlük səfəri çərçivəsində baş tutacaq. 48 yaşlı prezidentin səfər proqramına Bakıda fəaliyyət göstərən Xorvatiya ictimaiyyətinin nümayəndələri ilə görüş də daxil edilib. Onların arasında ən məşhur sima məhz Prosineçkidir. Dəqiq tarix açıqlanmasa da, onların səfərin sonuncu günündə bir araya gələcəkləri gözlənilir.

 

Qeyd edək ki, Robert Prosineçki hazırda vətəni Xorvatiyadadır. O da elə sabah Bakıda olacaq.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi