Modern.az

Bakıda Beynəlxalq Caz Festivalı keçirilir

Bakıda Beynəlxalq Caz Festivalı keçirilir

22 Oktyabr 2016, 22:30

Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start verilib. Modern.az saytı xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  budəfəki festivalın həcm və mahiyyəti baxımından əvvəlkilərdən fərqləndiyini vurğulayıb: “Çünki burada ustad dərslərinə xüsusi önəm veriləcək. Bakıda keçirilən caz festivalı dünya musiqiçiləri arasında tanınır. Onlarla məşhur caz ifaçıları ölkəmizdə olub. Onlar artıq Azərbaycanı caz ölkəsi kimi qəbul edirlər. Bu, olduqca sevindirici haldır. Çünki caz musiqisi yenilik, axtarış, improvizasiya tələb edən musiqi üslubudur. Bizim gənclərimiz etno-caza böyük həvəs göstərirlər. Onların muğam musiqisi əsasında yeni improvizasiya edilmiş kompozisiyaları dünya ictimaiyyətinə çatmaqdadır”.

 

Qeyd edək ki, festival oktyabrın 30-dək davam edəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir