Modern.az

İtaliyanın sahil xidməti 1000 miqrantın həyatını xilas edib

İtaliyanın sahil xidməti 1000 miqrantın həyatını xilas edib

22 Oktyabr 2016, 22:41

İtaliyanın sahil xidməti 1000 miqrantın xilas edildiyini bildirib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, Aralıq dənizində Afrikadan gələn minlərlə insan xilas edilib.

Sahil xidmətinin yaydığı məlumatda bildirilir ki, Afrikadan Avropaya getmək istəyən 1000-ə yaxın miqrant şənbə günü xilas edilib. Bununla yanaşı, batmış 10 rezin qayıqda 10 nəfər itkin düşüb. Sonradan onlardan 9-nun meyiti tapılıb.

Xilasetmə əməliyyatında "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatı da iştirak edib. Təşkilat 120 nəfərin həyatını xilas etdiyini açıqlayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir