20 yanvar 2017, Cümə
Ana Səhifə - REPORTAJ - “Oğlumun tabutunu açmağa qoymadım ki...” – “Aprel şəhidi”nin anası - FOTOLAR
“Oğlumun tabutunu açmağa qoymadım ki...” – “Aprel şəhidi”nin anası - FOTOLAR +
23.10.2016, 10:43

Vətəni qibləgah edən şəhidlər - XXXIX

 

 ...Xətai rayonunun kənd Əhmədli deyilən yaşayış massivindəki  9 mərtəbəli yaşayış binasındadır  2-5 aprel döyüşlərində şəhid olan  Rəşad Niftalının evi.  Düz 7 aydır ki, binanın giriş qapısında  Rəşad  Niftalıının qanı bahasına ucalara yüksələn  Azərbaycan bayrağı dalğalanır.  Uğrunda canını verdiyi  üçrəngli bayraq indi onun qapısının keşiyini çəkir.


Modern.az saytı “Aprel döyüşləri”nin daha bir şəhidi haqda materialı təqdim edir...

9 mərtəbli çoxmənzilli binanın birnci mərtəbəsindəki qapını döydüyümdə, hüdürboylu bir qadın açdı. Üzündə-gözündə nur, işıq və yaraşıq. Hörmət və ehtiramla birmetirlik dəhlizdən otağa dəvət etdi.  Üzbəsurət oturduq.  1975-ci ildə Şakir Niftalıyev bu birotaqlı mənzili alanda hələ subay olub. Yaşayış üçün yararlı olan sahəsi cəmi 15, 5 kv.m-dir.  Övladlarını əsgərlikdən yayındıranların şəxsi  məhəllələrində  tikdikləri zooparklar bəzən 1000 kvadratmetr olur.  25 il Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə idarəsində işləyən, sonra elə bu qurumdam pensiyaya çıxan və bu günə kimi ev növbəsi gözləyən Şakir Niftalıyev hələ səbr edir. Düşünür ki, növbəsi çatanda o da  25 illik əməyinin bəhrəsi olan mənzilinə sahib ola biləcək.


Evin darısqallığı söhbətini çox uzatmayıb, oğlu Rəşad haqqında danışmağa üstünlük verir  Şakir müəllim:


- Əslimiz Zəngilanın Həkəri kəndindəndir. Mən Bakıya oxumağa gələndə hələ kəndimiz yerində idi. 1985-ci ildə  Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olundum. Sonra dünyanın düzəni dəyişdi. Ailə, qohum-əqrabanın köçkün gəlməyi, əsl peşəmlə məşğul olmağa imkan vermədi. Ona görə də Mülki Müdafiənın Yanğınsöndürmə İdarəsində işlədim. İki oğlumuz dünyaya gəldi. 1993-cü ilin avqust ayında  Rəşad doğuldu, iki il sonra Tural dünyaya gəldi. Aza da, çoxa da tabe olduq. Tanrımıza naşükürlük etmədik. Bu gördüyünüz darısqal ev bizim üçün saraylara bərabər oldu. 
Rəşad 64 saylı məktəbi bitirdikdən sonra Gəncədəki Texnologiya Universitetinə qəbul olundu. 4 il oxuyub təhsilini başa vurdu. 2015-ci ildə universiteti bitirən kimi də şələ-küləsini yığıb, tez-tələsik əsgərliyinə getdi. 
Çox qəribə uşaq idi. Ətrafda olan yaşıdları kimi tərbiyə etməmişik onları. Tanrısına çox bağlı  idi. Yalan danışmazdı. Haqqı-nahaqqa verməzdi.  Tələbə olanda da, əsgər olanda da çalşırdı ki, bizə maddi cəhətdən əziyyət verməsin. Əsgərlikdə olanda deyirdi ki, 22 manat aylıq alır. Bəs edir.  Bircə dəfə dekabr ayında, bayramqabağı  30 manat pul istədi, mən də 50 manat göndərdim ki, özüm rahat olum.  Bu uşaq o qədər dürüst idi ki, özünə əsgərlikdə də ciddi rejim yaratmışdı. Həftədə cəmi bir dəfə telefon açardı  bizə...

Sonuncu dəfə martın 27-də danışdıq. Hər şey yaxşı idi. Çox rahat idik.  Sonra həmin o günlər...  Hamı kimi biz də erməni təxribatı nəticəsində düşmənlə döyüş başladığını bildik.  Aprelin 1, 2, 3-ü zəng vurmadım. Çünki bizə onu axtarmaq üçün telefon nömrəsi saxlamamışdı. Gözləyirdik ki, həftə tamamında özü zəng vuracaq.  Həm də evdə anası ilə belə məsləhətləşmişdik ki, aprelin 9-u gedib onu görək. Çünki martda - Novruz bayramda nə illah elədiksə, qoymadı ki, yanına gedək.  Qonum-qonşular da, özümüz də artıq narahatlıq keçirməyə başladıq, zəng etdim hərbçi tanışlarıma, soraqladım, dedilər ki, onlar cəbhəyanı ərazilərdə səngər qazırlar. 

Aprelin 3-də  hansısa xəbərlər proqramındasa həyat yoldaşım Fərqanə Tərtər tərəfdə bomba atılmış bir kadr gördü. Dedi ki, bu oğlumuzun olduğu hərbi hissədir. Çünki ötən il oktyabrın 4-də getmişdik yanına. Həqiqətən də həmin hissəyə mərmi düşmşüdü.  Ondan sonra narahatlığım tamam artdı.  Aprelin 8-i anası daha rahat dayanmadı. Məni tələsdirdi ki, get uşaqdan bir xəbər öyrən. Səhər açılar-açılmaz  o başdan, saat 4-də böyük qardaşımla yola düşdük  Tərtərə.  Tərtərdə onların dislokasiya edildiyi hərbi hissənin  girişində oğlumun adını verib soruşanda, növbətçi hərbçi təlaşlandı. Elə bil rəngi də qaraldı...




Şakir müəllim söhbərə ara verib dolan gözlərinin yaşını sildi...

     
Onları həmin hərbi hissədə çox gözlədirlər, deyirlər, indi xəbər veriləcək. Əslində oğlunun yoxluğu xəbərini verməyə kimsə cürət etmirdi. Bir neçə saatdan sonra Şakir müəllimə və qardaşına bir kağız uzadıb deyirlər ki, sənin olğun itkinlər siyahısındadr.
Şakirin əl-qolu qırılıb yanına düşür. Çılğın bir səslə qışqırır ki,  “... necə yəni itkin?..”, sonra oğlunu axtarmağa Yevlaxa gedir. Orada da yaralı  əsgərlər içərisində tapmır. 
Daha sonra isə, ataya deyirlər ki, oğlun həlak olub.
Ata isə fikirləşir ki, kaş əsir düşməsin, əsir götürməsinlər oğlunu. Ancaq yenə də ölməyini ağlına  gətirə bilmir. 
Həmin gün beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, həlak olub təmas xəttində qalan hərbçilərin meyitləri qaytarılır. Qaytarılan  əsgərlərin içərisində Şakir Niftaliyevin oğlu Rəşad da olur. Ata bircə onu deyir ki, “icazə verin, oğlumun üzünə baxım”. Gecə saat  12.00-da oğlunun cansız bədənin  ağ örpəyini üzündən  açıb ataya göstərirlər...

Və dünyası yerlə yeksan olmuş, arzuları çilik-çilik çiliklənmiş ata, əli hər şeydən üzülmüş halda, yenidən Bakıya qayıdır... Yol boyu fikirləşir ki, axı oğlundan xəbər gətirməyə getmişdi, indi evdə gözləyənlərə - anasaına, nənəsinə, bibisinə, qardaşına nə desin... Yollar da ki, acı bağırsaq kimi uzanırdi... Hərdən heç yolların bitməsini də istəmirdi Şakir. O yolun başında boşluq var idi... İndi hər yer ona uçurum kimi görünürdü... Dünya Şakir üçün sonsuz bir uçurum idi...


Şəhidin anası Fərqanə xanım:


- Qohum-əqraba gəlib yığışmışdı evə... Allahım məni agah etmədi.  Mən yenə də hiss etmirdim ki, bunlar nədən gəlib. Çünki Şakirə zəng vururam, deyir ki, axşam saat 8-də monitorinq olacaq, oğlumuzdan deyəcəklər. Ancaq yenə də ağlıma gəlmirdi ki, bu nə monitorinqdir. Sonra atam gəldi. Atam gələndə üzünə baxdım, elə bil ki, kişinin üzünü yandırmışdılar. Atamın üzündə dünya qaralmışdı. Onda atam mənə baxıb dedi ki, “bala evimiz yıxılıb, Rəşad yoxdur”.
İki üç dəfə “Allah-Allah!” dedim. Səsim çıxmadı. O göydəki Allaha üsyan etmədim. Mənim öyrəndiyim, əməl etdiyim dində üsyan yoxdur. Mən kiməm ki, ona qarşı çıxam. Sakit-sakit ağladım. Qışqırmadım. Şükr etdim ki, şəhid olub, başqa səbəblərdən getmədi. Allahın dərgahına təmiz, üzüağ getdi. Namazını qılıb getdi. Allah mənə o rahatlığı əyan etdi ki, balam yaxşı yerdədir.  Ətrafımda heç kim hiss etmədi ki, ölməyin daxili gözəlliyi var. Mənim balam Allahın hüzuruna mələklərin qanadlarında bəy kimi getdi.




Fərqanə xanım danışırdı. Danışdıqca hiss edirdim ki, bir sufi misallı, bir sufi kamallıdır. Sufi İmaddədin Nəsimini eşidirdim elə bil:


Vəchimi Allaha təslim etmişəm,
Surəti-rəhmana tə’zim etmişəm,
Nitqimi əşyada təqsim etmişəm,
Gör bu əsrarı nə təfhim etmişəm.


- Ölümün gözəlliyini anlamaq üçün uca yaradını, Allahı sevmək lazımdır. Bizim insanların çoxsu anlamır ki, ölmək yox olmaq deyil, bir dünyadan başqa dünyaya köçməkdir. Yeriini dəyişməkdir. Mənim haqqımda kimin danışmağı yəqin və mütləq deyil, mənim haqqımda Allahımın məni necə qəbul etməsi mütləqdir.  Mən o şübhəni qoymaram ki, mənə yaxın gəlsin.  Zərrəcə axirətə şübhəm varsa, demək imanım kamil deyil. Mən o böyük Yaradana naşükürlük etmərəm. Allah vermişdi, Allah da aldı. Anayam, sıxılıram da, darıxıram da, ancaq insanların içərisində şəbeh çıxarıb ağlamaram. Mənim göz yaşlarımı ancaq o Uca Göydəki görə bilər.  Mən oğlum üçün qurulan yas çadırına girmədim. Orada mollalar oxuyur, oğlumu ağlayırdılar… Dedim ki, mənim oğlum ki, elə bir cənnətə düşüb, onun üçün ağlamayın...
Ancaq mən o üsyanı qəbul etmədim. Mən o çörəyi yeyə bilmədim. Ağlayırlar, sonra da oturub çörək yeyirlər. Bu düzgün deyil.
Kimsə məni anlamadı ki… elə bildilər başdan getmişəm… Əsla.


Fərqanənin bu düşüncələrinin  ardında yenə bir  İmadədin Nəsimi məqamı var idi:

Dəxi əksüklügüm yoxdur, şikayət etməzəm, billah,
Həbibin asitanından budur eybim ki, mən duram.
Mənim korlar görə bilməz məqamım qansı aləmdir,
Əgər viranədir könlüm, bəğayət gəncə mə’muram.
Qəmimdən ağlaram hər şəb, dəmadəm xun olur çeşmim,
Nəsimiyəm ki, şövqündən iki aləmdə məhcuram.


- İnsanlar bilsinlər ki, can bədəndən çıxdımı, o heç nədir. İnsanı dolandıran ruhdur. Ruhun ki, getdi, deməli sən yerdə deyilsən. Və gərək elə yaşayasan ki, ruhun Allaha qovuşanda, göylərdə sıxılmasın.  Qışqır- bağırla o ruhu, o gedəni kim saxladı ki,  kim ordan qayıdıb gəldi? Heç dönüb baxmadılar da… Ələmdürillah, hər gedən gün, təqvimdən düşən hər yarpaq  məni yaxınlaşdırır balama. Mən onunla oarada görüşəcəm. Ona görə imanıma, namazıma sadiq qalıram ki, balam olan yerə gedib çatım. Əbədiyyət bu dünyada deyil, axirətdədir. Bizim üçün Allah o axirəti verib.

Mən istəyirəm ki, bütün şəhid ailələrini gəzib, o ağlayan, üsyan edən analara deyim ki, Allaha üsyan etməyin. Qurani-Kərimin  Bəqərə surəsinin 154-cü ayəsində belə yazılıb:

“Şəhidlər ölməz. Onlara ölü deməyin. Lakin Siz bilməzsiniz”. 

Bax o ağlayanlar, şəhidliyin mahiyyətini bilməyənlərdir. Mənim bilirəm ki, oğlum əsl şəhiddir, o qarın içərisində də namaz qılırdı, dərsdən imkan edib, universitetin  pilləkənləri üstündə də  namaz qılırdı. Dedilər ki, tabutu açsınlar, gör oğlunu. Razı olmadım. Dedim ki, Rəşad barmağı belə, kəsiləndə mənə göstərməzdi. Mən onu yaralı görmək istəmirəm.

Allahın yaratdığı hər şey bizə təfəkkür dərsidir. Rəbbim  “yox”  adında heç nə yaratmadı. Çünki biz də ruhlar aləminə söz verib gəlmişik. İnsan bir Allahına, bir də o ruhlara inanmalıdır. Qalan hər şey təfərrüatdır. Allahı dildə yox, əməldə sevmək lazımdır.




Söhbətinin bu yerində Nəqşibəndilərin “Dil bə yarü, dəst bə karü” – “Ürəyin Allahla, əlin əməlində” olsun fikrini xatırladım. Sufiliyin Nəqşibəndi təriqətində olanlar belə deyirdilər ki, insnaın ürəyi Allahla, əli gözəl əməllərlə- ağac əkmək, ev tikmək, yaxşılıq etmək, elm öyrənməklə məşğul olmalıdır.  Boş vaxtlarında isə zikr etməlidir. O zikr sözləri isə uca Tanrıya, Allaha xoş gələn sözlər olmalıdır ki, sözlərin də ruhu var.
O söz ruhundan yaranan işıq, nəhayətdə ətrafı da işıqlandırır, hətta insanın içdiyiu su da xoş ürəklə, xoş niyyətlə veriləndə boğazdan rahat keçir, - deyirdi sufilər, nəqşibəndilər.

Fərqanə də, mənimlə söhbətində sufilik məqamından danışırdı.

- O boyda başdaşları, imarətlər yaratmaqla, mənim balama nə olur ki... məzarin üstü torpaq olamlıdır ki, mən onun uyuduğu məkandan  Yuxarı ilə, Yaradan ilə, oğlumun şəhidlkik məqamındakı ruhu ilə əlaqə yarada bilim.
Mən 42 illik ömrümü bu  məqamı qazanamaq üçün yaşamışam ki, çalışım o böyük Yaradnın  hüzuruna üzüağ gedim - deyir Fərqanə xanım. 

  
Bir səhid anasının sufilik məqamında Vətən var idi, Vətənə səcdə var idi.  Nə taleyindən, nə Allahında narazılıq etdi. Hətta 25 il ərzində yaşadığı 15 kvadratmetirlik bu dar evdə də qəlbi sıxılmırdı, könlü geniş idi. Tanrının cənnətini Yerin  bu üzündən Göyün o əngilliklərinə baxaraq görürdü Fərqanə xanım. Könlünü Tanrısına, Allahına vermişdi.  İmaddədin Nəsimi də onun bu məqamını yazmışdı bəlkə...

Atəşi-mehri-rüxün canımda tə’sir eylədi,
Mən bu oddan yanıram, yə’ni ki, məhrur olmuşam.
Misri came’dir vücudum, anda qıldım cüm’əyi,
Gör nə şəhrəm, gör nə möhkəm qəl’əvü sur olmuşam.
Zakirəm, zikr eylərəm, yə’ni ki, şeyxəm, sufiyəm,
Gör nə göyçək ad ilə aləmdə məzkur olmuşam.
Ey Nəsimi, cənnətü hur ol nigarın vəslidir,
Çün mən ol məhbubu buldum, cənnətü hur olmuşam.

 



Aida Eyvazlı

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
20.01.2017, 13:59

“Tramp yalançı və fırıldaqçıdır”

20.01.2017, 13:45

Çinin əhalisi 1,4 milyarda yaxınlaşır

20.01.2017, 13:29

Yol qəzalarında 5 nəfər həlak olub

20.01.2017, 13:03

Lavrov Nalbandyanla Qarabağı müzakirə edib

20.01.2017, 12:35

Rüstəm Usubov: “Qorbaçov gizləndi, istintaqdan yayındı”

20.01.2017, 12:32

Daha bir HDP-li deputat saxlanılıb

20.01.2017, 12:19

Hollivud aktyorları Tramp əleyhinə aksiya keçirdilər

20.01.2017, 12:15

Sabahın hava proqnozu AÇIQLANDI

20.01.2017, 12:08

20 Yanvar şəhidləri cəbhə bölgəsində yad edilib

20.01.2017, 12:07

Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldı

20.01.2017, 11:51

Suriyada “Əl-Qaidə”nin rəhbərlərindən biri məhv edilib

20.01.2017, 11:43

Con Kerri son brifinqinə iti ilə gəldi

20.01.2017, 11:35

Azərbaycan və Brüssellə yeni saziş üçün danışıqlara başlayacaq

20.01.2017, 11:29

Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi

20.01.2017, 11:18

"Xəzərin statusu ilə bağlı Bakıda iclas keçiriləcək”

20.01.2017, 11:04

Atasızlıq

20.01.2017, 11:02

ABŞ-ın 4 keçmiş prezidenti Trampın inauqurasiyasına gələcək

20.01.2017, 10:52

Rusiya istəsə, İrəvanın gözünü basıb Qarabağdan çıxarar

20.01.2017, 10:42

“Zakir Fərəcov Şəhidlər Xiyabanı üçün qranit daşları gətirməyə görə özü Ukraynaya getdi” - MÜSAHİBƏ

20.01.2017, 10:31

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

20.01.2017, 10:14

“20 Yanvar”la bağlı uzun illər gizlin qalmış TARİXİ HƏQİQƏT - ARAŞDIRMA

20.01.2017, 10:08

Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

20.01.2017, 09:46

Sabirabadda 6 otaqlı ev yanıb

20.01.2017, 09:33

Ermənistan ordusu 18 istiqamətdə atəşkəs rejimini pozub

20.01.2017, 09:21

Avtomobili piyadaların üstünə sürdü: 3 ölü

20.01.2017, 01:23

Andrey Karlovun qətli ilə bağlı daha bir polis saxlanılıb

20.01.2017, 01:04

Tetçer Reyqana demişdi ki, “Ronald, o, bizim axtardığımız adamdır”  

20.01.2017, 00:46

Prezidentin İsveçrəyə səfəri başa çatıb

20.01.2017, 00:34

Ağcabədidəki qəzada 1 nəfər ölüb

20.01.2017, 00:17

Seneqal ordusu Qambiya ərazisinə daxil olub

20.01.2017, 00:00

20 Yanvar şəhidlərinin 27-ci ildönümü anılır

19.01.2017, 23:42

Azərbaycan və BMT üç işçi qrupu yaradır

19.01.2017, 23:17

"Bakıda Xəzər regionunda ən böyük dəniz limanı tikilib" - Prezident

19.01.2017, 23:02

“İndi hər şey Azərbaycandan asılıdır” - Georgi Qaxariya

19.01.2017, 22:46

İsrailin kosmosu vurmaq imkanı var

ARXİV