Modern.az

Zərdabda ər arvadını öldürüb

Zərdabda ər arvadını öldürüb

23 Oktyabr 2016, 10:52

Zərdab rayonunda ər arvadını qətlə yetirib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Yarməmmədbağı kəndində baş verib.

 

Kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu  Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

 

Məlumata görə, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. A. Astanov R. Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

 

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır