Modern.az

Paris yaxınlığında marşrut avtobusu yandırılıb

Paris yaxınlığında marşrut avtobusu yandırılıb

23 Oktyabr 2016, 13:44

 

Bakı-APA. Ötən gecə Paris ətrafındakı Sen-Deni rayonunda naməlum şəxslər marşrut avtobusunu yandırıblar.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, marşrut üzrə hərəkət edən avtobus üzü maskalı bir qrup gənc tərəfindən saxlanılıb.

 

Sürücü və sərnişinlərin avtobusu tərk etməyə məcbur edən qrup daha sonra avtobusu yandırıb. Olay zamanı xəsarət alan olmayıb.

 

Cinayətin motivi bəlli deyil. Ancaq bu, Sen-Denidə ilk hadisə deyil. Bu ilin iyulunda da Sen-Denidə digər avtobus yandırılıb. Həmin vaxt bu olayın polis tərəfindən 24 yaşlı qara dərili gəncin öldürülməsi ilə əlaqəli olduğu ehtimal edilib. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir