Modern.az

Aktrisa Trampı biabır etdi

Aktrisa Trampı biabır etdi

23 Oktyabr 2016, 20:33

ABŞ prezidentliyinə Respublikaçılar partiyasının namizədi Donald Trampla bağlı seksual qalmaqallar günbəgün artır.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, böyüklər üçün filmlərə çəkilən Cessika Dreyk bu cür ittihamla çıxış edən 11-ci qadın olub.

O, Los-ancelesdə xüsusi təşkil olunan mətbuat konfransında bəyan edib ki, Tramp 10 il əvvəl – 2006-cı ildə Kaliforniyadakı qolf turnirində onu ələ keçirməyə cəhd edib.

Onun söylədiyinə görə, guya milyarder ona eşqbazlıq elan edib, sonra öz nömrəsinə çağırıb, aktrisa ora iki rəfiqəsinin müşayiəti ilə gedib.

Qonaqları pijamada qarşılayan milyarder qızların razılığı olmadan onları öpüb və bir saat ərzində Dreykdən porno filmlərə çəkilişi haqda soruşub. Bundan sonra, pornoulduzun sözlərinə görə, Tramp ona zəng edərək belə bir sual verib: “Sən nə istəyirsən? Nə qədər?”

Sonradan daha bir zəng olub və söhbət zamanı Dreykə Trampla intim əlaqəyə görə 10 min doillar təklif olunub. Ancaq aktrisa imtina edib.

“Başa düşürəm ki, məni yalançı adlandıra bilər, ancaq uzun illər boyu bu cür situasiyalarla üzləşən qadınlarla həmrəyliyə görə risk etməyə hazıram”, - böyüklər üçün nəzərdə tutulan 350-dən çox filmə çəkilən 42 yaşlı porno aktrisa deyib.

 

Söylədiklərinin sübutu üçün milyarderlə tanışlığını əks etdirən foto nümayiş etdirilib.

Trampın qərargahında bunu tamamilə yalan və Klintonun rəqibini gözdən salmaq üçün növbəti cəhd adlandırılıb.

Milyarder onu seksual hərəkətlərinə görə ittiham edən bu 11 qadınla seçkilərdən sonra haqq-hesab çəkəcəyini bəyan edib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?