Modern.az

Saakaşvilinin arvadı deputat seçilmədi

Saakaşvilinin arvadı deputat seçilmədi

23 Oktyabr 2016, 20:35

Oktyabrın 22-də Zuqdidi rayonundakı 3 seçki məntəqəsində keçirilən təkrar seçkilərdə “Gürcü arzusu”nun namizədi Edişer Toloraya qalib gəlib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Toloraya 982 səs toplayıb.

Onun “Vahid milli hərəkat” partiyasından olan rəqibi, Gürcüstanın keçmiş prezidenti Mixail saakaşvilinin həyat yoldaşı Sandra Rulovs isə 441 səslə ikinci olub.

 

Marneuli rayonunun Qızıloculu kəndindəki 48 seçki məntəqəsində “Vahid milli hərəkat” qalib gəlib. Bu partiyanın majoritar sistem üzrə namizədi Əkməmməd İmamquliyev 378 səs toplayıb. Onun “Gürcü arzusu”undan olan rəqibinə isə 307 nəfər səs verib.

“Təkrar seçkidəki qələbəyə baxmayaraq, təəssüf ki, mən deputat mandatı qazana bilmədim. Ancaq oktyabrın 30-da keçiriləcək  ikinci turda biz mütləq qalib gələcəyik”, - İmamquliyev deyib.

 

Majoritar sistem üzrə parlament seçkilərinin ikinci turu oktyabrın 30-da keçiriləcək.

Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçirilib. Bu ölkədə 77 nəfər partiya siyahısından (proporsional sistem üzrə), 73 nəfər birmandatlı dairələrdən (majoritar sistem üzrə) seçilir.

Deputatlar 4 illiyinə seçilir. Parlamentdəki yerlər uğrunda 41 siyasi birlik mübarizə aparıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir