Modern.az

Türkiyədə çevriliş cəhdinə görə 4 min nəfər axtarılır

Türkiyədə çevriliş cəhdinə görə 4 min nəfər axtarılır

23 Oktyabr 2016, 20:37

İyulun 15-də dövlət çevrilişi cəhdinə görə Türkiyə hakimiyyəti 4 min nəfərə yaxın şübhəlini axtarır. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Türkiyənin ədliyyə naziri Bekir Bozdaq məlumat verib.

 

“3907 nəfər hələ də çevriliş cəhdinə görə şübhəli olaraq axtarılır. Üsyan hazırlığı üzrə 500 min elektron daşıyıcı materialı toplanılıb. Bu materialların öyrənilməsi üçün xüsusi komissiya yaradılıb”, - nazir deyib.

 Ədliyyə nazirinin sözlərinə görə, iyul hadisələrindən sonra 82 min nəfərə qarşı istintaq hərəkəti aparılıb, 35 minə yaxın adam həbs olunub.

 

Bozdaq ABŞ hakimiyyətini də Fəthullah Gülənin Türkiyətə verilməsi ilə bağlı tələbini yerinə yetirmədiyi üçün tənqid edib. Ankara onu dövlət çevrilişinə cəhdin təşkilatçısı hesab edir.

Bundan əvvəl verilən məlumata görə, Türkiyənin ədliyyə naziri oktyabrın 26-27-də Gülənin təhvil verilməsini müzakirə etmək üçün ABŞ-a gedəcək. O, Amerika tərəfinə Fəthullah Gülənin cinayətkar fəaliyyətini təsdiqləyən bütün vacib sənədləri təqdim etmək niyyətindədir.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir