Modern.az

ABŞ-da ağır qəza: 13 ölü, 31 yaralı

ABŞ-da ağır qəza: 13 ölü, 31 yaralı

23 Oktyabr 2016, 22:06

ABŞ-ın Kaliforniya ştatında baş verən ağır yol qəzası qurbanlarının sayı artıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, son məlumata görə, qəza nəticəsində 13 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna edilmir.

 

20:50

 

ABŞ-ın Palm-Sprinqs şəhərində ağır yol qəzası baş verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, qəzada avtobus yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəstəxanaya yerləşdirilib.

 

Polis və yanğından mühafizə xidmətinin əməkdaşları hadisə yerində işləyir.

 

Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi