Modern.az

Dəm qazı faciəsi: qayınana öldü, gəlin zəhərləndi

Dəm qazı faciəsi: qayınana öldü, gəlin zəhərləndi

Aktual

23 Oktyabr 2016, 21:27

Şəmkirdə dəm qazından zəhərlənmə olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Rayon sakini, 1965-ci il təvəllüdlü Gülnarə Bayramova və onun gəlini 1998-ci il təvəllüdlü Rəvanə Novruzəliyeva yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

 

G. Bayramova vanna otağında dünyasını dəyişib. Gəlin R. Novruzəliyeva isə dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır