Modern.az

8 təlimdə 124 QHT təmsilçisi iştirak edib

8 təlimdə 124 QHT təmsilçisi iştirak edib

23 Oktyabr 2016, 21:53

"QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı" mövzusunda təlimlərə Bakı şəhərində yekun vurulub. Modern.az saytı xəbər verir ki, Milli QHT Forumunun Bakı QHT-lərinin Təlim və Resurs Mərkəzində baş tutan təlim “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində baş tutub.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilir.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Mirzağa Zaidov layihə haqqında fikirlərini bildirərək, bu şəbəkənin QHT-lərə informasiya dəstəyi verdiyini bildirərək QHT-lər bu şəbəkənin imkanlarından yararlanmağa çağırıb.

Təlimdə 20 QHT rəhbəri və nümayəndəsi iştirak edib.

Təlimi layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə aparıb.

Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, QHT liderlərinin bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlim zamanı bir-neçə QHT-si üçün subdomenli saytlar və QHT liderlərinin üçün bloqlar yaradılıb. Bazaya məlumatlar daxil edilib.

Təlimi uğurla başa vuran QHT rəhbərləri və nümayəndələrinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Bakıda başlayıb, Quba, Şirvan, Mingəçevir və Gəncədə davam edən və Bakıda yekunlaşan 8 təlimdə ümumilikdə 124 QHT rəhbəri, nümayəndəsi və könüllü iştirak edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər