Modern.az

Rusiyada vertolyot yoxa çıxıb

Rusiyada vertolyot yoxa çıxıb

23 Oktyabr 2016, 22:47

Rusiyanın Zabaykal ərazisinin Baleyskiy rayonunda “Robinson R44” tipli vertolyot yoxa çıxıb. Modern.az saytı xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, vertolyotun göyərtəsində 3 nəfər olub.

 

Təcili yardım xidmətinin məlumatında qeyd olunur ki, təyyarə Zolotoreçensk- Tsalay-Kaday marşrutu üzrə hərəkət edirmiş. Lakin o, daha sonra radarlardan itib. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir