Modern.az

“Terrorla mübarizədə Putinin dəstəyinə ehtiyacım var”

“Terrorla mübarizədə Putinin dəstəyinə ehtiyacım var”

Aktual

23 Oktyabr 2016, 23:15

“Möhtərəm dostum Putinin Yaxın Şərq böhranı və terrorla mübarizədə dəstəyinə ehtiyacım var”.  Modern.az saytı xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Rossiya-1” kanalında Mixail Qusmanın təqdimatında keçirilən “Formula Vlasti” proqramında söyləyib.

Ərdoğan Rusiya və Türkiyənin iki qonşu dövlət olduğunu və sülh üçün birlikdə hərəkət etmələrinin lazım olduğunu vurğulayıb: “Rusiya ilə əməkdaşlığımız üçün lazım olan hər bir addımı atmağa hazırıq. Bir-birimizə elə çox yaxınıq ki, məsələn, mən müraciət etsəm, Soçidən səsimi eşidərlər, Soçidən müraciət etsələr, mən eşidərəm. Sülh üçün birlikdə hərəkət etmək lazımdır. Birlik və həmrəylik içərsində addım atmağımıza ehtiyac var. Bütün Rusiya xalqına öz xalqım adından səmimi arzularımı yetirirəm. Spasibo!”.

 

Qeyd edək ki, veriliş efirə oktyabrın 22-si gedib.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?