Modern.az

“Azərbaycanda bütündinlərin ardıcılları sülh şəraitində yaşayır”

“Azərbaycanda bütündinlərin ardıcılları sülh şəraitində yaşayır”

Aktual

24 Oktyabr 2016, 00:40

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İordaniya kralı Əlahəzrət II Abdullahın himayəsi altında Əmmanda keçirilən "Al əl-Beyt" İslam Fikri Akademiyasının “Peyğəmbər Salavatullahın həyatındakı tarixi hadisələrin cədvəlinə doğru” mövzusuna həsr olunmuş XVII konfransında iştirak edib.

Modern.az saytı xəbər verir ki, Azərtac-ın məlumatına görə, 35 islam dövlətindən nümayəndələrin iştirak etdiyi tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış edib.

O, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kralı Əlahəzrət II Abdullaha və tədbir iştirakçılarına salamlarını çatdırıb.

Kralın himayə etdiyi "Al əl-Beyt" İslam Fikri Akademiyasının dünyada İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin təbliği, dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yolunda uğurlu səylərinin böyük önəm kəsb etdiyini bildirən QMİ sədri Azərbaycanda bütün səmavi dinlərin ardıcıllarının sülh şəraitində birgə yaşadıqlarını, bütün dinlər üçün dövlət tərəfindən bərabər şəraitin yaradıldığını diqqətə çatdırıb.

Səfər çərçivəsində QMİ sədrinin İordaniya rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür