Modern.az

Tbilisidə NATO təlim mərkəzinə silahlı hücum olub

Tbilisidə NATO təlim mərkəzinə silahlı hücum olub

Dünya

24 Oktyabr 2016, 00:54

Tbilisidə NATO təlimlərinin keçirildiyi Treninq Mərkəzinin yaxınlığında silahlı şəxs zərərsizləşdirilib. Modern.az saytı xəbər verir ki, azadliq.org-un məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, NATO-Gürcüstan Birgə Təlim və Evolusiya Mərkəzinə naməlum şəxslər girməyə cəhd göstəriblər.

 

Mühafizə xidmətinə hücum zamanı açılan atəşdən hücumçunun biri ölub, digərləri qaçıb.

 

Müdafiə Nazirliyinin hərbi polisi hücumun səbəbini araşdırır. Ancaq hücum edənlərin neçə nəfər olduğu barədə hələlik məlumat verilməyib.

 

Xatırladaq ki, NATO-Gürcüstan Birgə Təlim və Evolusiya Mərkəzi ötən ilin avqustunda açılıb.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür