Modern.az

Şahmatçımız Əmir Teymurun 680 illiyində birinci olub

Şahmatçımız Əmir Teymurun 680 illiyində birinci olub

24 Oktyabr 2016, 09:15

Özbəkistan Mədəniyyət və İdman İşləri Nazirliyinin ölkənin Şahmat Federasiyası ilə birgə böyük sərkərdə Əmir Teymurun 680 illiyi ilə bağlı Daşkənddə keçirdiyi sürətli şahmat üzrə beynəlxalq turnir başa çatıb.

AZƏRTAC xəbər veriri ki, yarışda Şəhriyar Məmmədyarov (Azərbaycan), Rüstəm Qasımcanov (Özbəkistan), Boris Qelfand (İsrail) və Ruslan Panamaryov (Ukrayna) kimi tanınmış qrossmeysterlər iştirak edib.

Beynəlxalq turnirin yekunlarına görə Şəhriyar Məmmədyarov səkkiz xalla birinci, Boris Qelfand 6 xalla ikinci, Rüstəm Qasımcanov isə beş xalla üçüncü yeri tutub.

Turnir çərçivəsində qrossmeysterlər gənc şahmatçılar üçün ustad dərsləri də keçiblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!